Rusiyada xüsusi təyinatlı qurumun komandiri öldürülüb | VİDEO

   Rusiyada xüsusi təyinatlı qurumun komandiri öldürülüb    | VİDEO
  29 Oktyabr 2025    Oxunub:535
Rusiyanın Kemerovo vilayətində Rusiya Milli Qvardiyasının “Obereq” xüsusi təyinatlı mobil dəstəsinin (XTMD) komandiri, polis polkovnik-leytenantı Veniamin Mazjerinin olduğu avtomobil partladılıb.
AzVision.az xəbər verir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsinə (BKİ) istinad edən “RBK-Ukrayna” telekanalının məlumatına görə, Majerin “2022-ci ilin fevral-mart aylarında Kiyev vilayətində dinc əhaliyə qarşı törədilən kütləvi qətllər, işgəncələr və cinayətlərdə” iştirak edib.

Veniamin Majerinin “Obereq” XTMD-sinin, o cümlədən Buça şəhərində və ətraf kəndlərdə həyata keçirilən əməliyyatlarda iştirak etdiyi bildirilir.

Ukrayna BKİ qeyd edib ki, bu bölmənin hərbi qulluqçularına qarşı müharibə qanunlarını və adət-ənənələrini pozduqları üçün cinayət işi açılıb.

Rusiya rəsmiləri insidentlə bağlı rəsmi açıqlama verməyib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   polkovnik-leytenant   partlayış  



Xəbər lenti